Əsas fəaliyyət istiqamətimiz – qida, kənd təsərrüfatı, neft və ekologiya və dərman istehsalı müəssisələrinin keyfiyyətə nəzarət laboratoriyalarının beynəlxalq standartlara uyğun, müasir və etibarlı cihazlarla təmin olunmasıdır. Biz, həmçinin bu cihazlara texniki və metodik dəstək, kalibrasiya, quraşdırma və istifadəyə hazırlıq xidmətlərini də təqdim edirik.
Uzun illər ərzində qazandığımız praktiki təcrübə, laboratoriyaların real ehtiyaclarını dərindən anlamağımıza və hər müştəriyə fərdi yanaşma təqdim etməyimizə imkan yaradır. Əczaçı olmağımız və tələbəlik illərindən arzuladığımız müassir tələblərə cavab verən dərman istehsalı müəssisələrinin ölkəmizdə yaradılması fəaliyyətimizə əlavə situmul verir.
Dünyada yeni trend olan Biotexnologiyanın inkişafı SM Life Sciences in fəaliyyət istiqamətini bu yöndə genişləndirməsinə səbəb olmuşdur. Azərbaycanda biotexnologiya sahəsində öndə gedən şirkətləri Azərbaycanda təsmil etmək, onların bilik və təcrübəsini ölkəmizə gətirmək və bu sahənin inkişafına töhfə vermək də əsas hədəflərimizdən biridir.
Missiyamız — Azərbaycanda və regionda fəaliyyət göstərən istehsal müəssisələrinin laboratoriyalarını yüksək keyfiyyətli, etibarlı və texniki baxımdan üstün cihazlarla təmin etmək, eyni zamanda davamlı texniki dəstək göstərməklə onların fəaliyyətinin etibarlı və səmərəli olmasına töhfə verməkdir.
SM Life Sciences olaraq biz inanırıq ki, sağlam və davamlı inkişaf yalnız elmi əsaslara və texnoloji keyfiyyətə söykənən yanaşma ilə mümkündür. Bu yolda tərəfdaşlarımıza dəqiq və dayanıqlı laboratoriya həlləri təqdim etməkdən qürur duyuruq.
Beşyüz yıl boyunca varlığını sürdürmekle kalmamış, aynı zamanda pek değişmeden elektronik dizgiye de sıçramıştır. 1960’larda Lorem Ipsum pasajları da içeren Letraset yapraklarının yayınlanması ile ve yakın zamanda Aldus PageMaker gibi Lorem Ipsum sürümleri içeren masaüstü yayıncılık yazılımları ile popüler olmuştur.